İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 25 kiloqrama, 20 faiz zənginləşdirilmiş uran ehtiyatı isə 210 kiloqrama çatıb.
SİA- İran agentliyi Mehr-ə istinad etdiyi xəbərinə görə, İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi Avstriyanın paytaxtı Vyanada nüvə müzakirələrinin bərpasına həftələr qalmış ölkəsinin zənginləşdirilmiş uran ehtiyatını qısa müddətdə iki dəfə artırdığını açıqlayıb. Kəmalvəndi: “Nüvə razılaşmasında İrana maksimum 3,67 nisbətində uranı zənginləşdirməyə icazə verilir. Lakin indiyə qədər 210 kiloqram 20% və 25 kq da 60% zənginləşdirilmiş uran istehsal etdik”.
Xatırladaq ki, 2015-ci ildə İran və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (COEP) adlandırılan nüvə razılaşmasına görə Tehran 3,67%-ə dək uranı zənginləşdirilmə üzrə fəaliyyətini davam etdirmək və 300 kiloqrama qədər uranı saxlamaq haqqına sahibdir.
Qeyd edək ki, ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra İran razılaşma ilə əlaqəli öhdəliklərinə əməl etməyi dayandırdı.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...