PDF Oxu

Dünya

  • 1 288

“Türkiyə ilə fəxr edirəm”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT Əhali Fondunun (UNFPA) icracı direktorunun köməkçisi Diene Keyta qaçqınlara ev sahibliyi edən Türkiyəni təqdir edib

“Türkiyə ilə fəxr edirəm”

Diene Keyta BMT-nin Türkiyədə fəaliyyət göstərən Əhali Fondunun 50-ci ildönümü münasibətilə səfərdə olduğu ölkəmizdə Ailə və Sosial Xidmətlər Naziri Dərya Yanık ilə bir araya gəlib. O görüşdən sonra verdiyi açıqlamada Türkiyədə məhsuldar görüşlər keçirdiklərini, Xarici İşlər Nazirliyinin çoxtərəfli İqtisadi Əlaqələr üzrə baş direktoru Əsən Altuğla UNFPA-nın Türkiyə Proqramını hərtərəfli müzakirə etdiklərini bildirib. 4 milyondan çox qaçqına ev sahibliyi etdiyi üçün Türkiyəni təqdir edən Keyta, bunun indiyə qədər səxavətlə göstərilən ən güçlü yardım olduğunu vurğulayıb. Bu ölkəyə səyahəti zamanı qaçqınların təhsil, səhiyyə kimi sosial xidmətlərdən istifadə etdiklərini öyrəndiyini ifadə edən Keyta bunun təqdirə şayan olduğunu, İstanbuldakı təmaslarından sonra Hataya getdiyini, sərhəddə və qaçqın düşərgələrində aparılan işlərdən çox təsirləndiyini, bu dəstəkdən yararlanan qaçqınlarla söhbət etmək fürsəti tapdığını, onların çox xoşbəxt olduqlarını müşahidə etdiyini vurğulayıb. Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası əleyhinə mübarizə çərçivəsində qlobal həmrəylik sərgilədiyini, cənuba maska ​​və ləvazimat çatdıran ilk ölkələrdən biri olduğunu qeyd edib. SİA bu barədə türk mətbuatına istinad edir.

BMT baş katibinin müavini Keyta türk xalqına belə müraciət edib: “Mən bu ölkə ilə fəxr edirəm. Bu ölkənin inkişaf edən iqtisadiyyatı, uğurlu inkişaf hekayəsi və güçlü xüsusi sektoru var. Gənclərə deyirəm ki potensialınızı reallaşdırmaq istəyirsinizsə, ölkənizin qoyduğu modeli izləyin və dünya ilə əlaqə saxlayın. Türkiyə böyük bir əlaqə təminatçısıdır”.

Keyta UNFPA-nın Əfqanıstandakı humanitar vəziyyət və ya insanlara yardım çatdıran qrupların vəziyyəti ilə bağlı Taliban administrasiyası ilə təmasda olub-olmadığı barədə isə bunları deyib: “Mən öz adımdan Talibanla əlaqə saxlamıram. Bu bizim işimiz deyil. Bu, ya regional Koordinatorun ya da BMT baş katibinin xüsusi nümayəndəsinin işidir. Hazırda Əfqanıstanda prioritetimiz humanitar vəziyyətdir. Əksəriyyəti qadınlara tibbi xidmət çatdıran 172 mərkəzin açıq qalmasına nail olduq. Ölkədə 40-a qədər də mühafizə mərkəz mövcuddur. Bu məsələ daha həssas və mürəkkəbdir. Lakin Əfqanıstan üzrə nümayəndəmiz və Əfqanıstandakı heyətimiz əlindən gələn səyi edir.