Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Avropa İttifaqına (Aİ) namizəd ölkə statusundan imtina etmədiyini, buna yanaşmayan tərəfin alyans olduğunu bildirib.
Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində, rəhbəri olduğu departamentin 2022-ci il büdcəsini təqdim etdikdən sonra Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqəli özünə ünvanlanan sualı cavablandırıb. SİA bu barədə türk mətbuatına istinad edir.
Nazir: “Aİ-na namizəd ölkə statusundan imtina etməmişik. Bundan imtina edən Avropa İttifaqıdır. Alyans Monteneqro, Şimali Makedoniya və Albaniya kimi ölkələrlə üzvlük prosesinə dair danışıqları irəlilətməyir. Çünki başda Fransa olmaqla 9 ölkə ittifaqın üzv sayının artmasını istəmir. Türkiyə ilə Aİ arasında 20 əsas başlıqda müzakirələr aparılıb. Baxmayaraq yeni başlıqların müzakirəyə açımasına icazə verilmir. Avropa İttifaqından viza rejiminin ləğv edilməsi mövzusunda konkret addımlar atmasını dəfələrlə tələb etdik. Bununla əlaqəli lazımlı kriteriyaları yerinə yetiririk. Lakin onlar iclas keçirməyə belə son vaxtlarda yanaşmaya başladılar. Bəs Türkiyənin atdığı bütün addımlar göstərir ki, prosesi yavaşladan tərəf Aİ-dır”-deyə Çavuşoğlu bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...