Dünyada koronavirusa yoluxma halların sayı 249 549 888-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, pandemiya ərzində dünyada COVID-19-dan ölənlərin sayı 5 044 893 nəfərə yüksəlib. Qeyd edilir ki, koronavirus əleyhinə peyvənd olunanların sayı 7,2 milyardı keçib.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerdə Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya və digər ölkələr qərarlaşıb.
Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...