PDF Oxu

Dünya

  • 1 691

Bolqarıstanda prezident və növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda prezident və növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda bu gün prezident və Milli Assambleyaya (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

SİA xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 13 minə yaxın seçki məntəqəsi açılıb, onlardan 9 399-da səsvermə xüsusi maşınlar vasitəsilə aparılacaq, dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədə seçki hüquqlu 6,7 milyon vətəndaş var.

Növbədənkənar parlament seçkilərində 20 partiya və 7 koalisiyanın nümayəndəsi iştirak edir. 240 yer üçün 5 mindən çox namizəd iddialıdır. Ekspertlərin fikrincə, səsvermədə 3,3 milyona yaxın seçici iştirak edəcək.

Prezidentlik uğrunda 23 namizəd mübarizə aparır.

Seçkilərin gedişini 4 minə yaxın müşahidəçi izləyəcək.

Digər xəbərlər