Mərakeş COVID-19 pandemiyasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində sərhəd nəzarətini gücləndirəcəyini açıqlayıb.
SİA xəbər verir ki, ölkənin rəsmi mənbələrinin yaydığı məlumata görə, xarici vətəndaşlardan COVİD-pasport və mənfi PSR test, həmçinin termal kameralar tərəfindən ikiqat yoxlamadan keçmə tələb olunacaq.
Bildirilir ki, Mərakeşə gələrkən testi müsbət çıxan hər bir sərnişin dərhal öz ölkəsinə qayıtmalıdır.
Qərar Mərakeşin COVID-19 ilə mübarizədəki nailiyyətlərini qoruyub saxlamaq məqsədi daşıyır və Avropadakı yoluxma hallarının artması məsələsi nəzərə alınmaqla qəbul edilib.
Mərakeşdə son sutka ərzində COVID-19-a yoluxanların sayı 132, bununlada ümumi say 948 157 yüksəldi. Üç yeni ölüm halı ilə ölənlərin sayı 14 740-a çatdı. Sutka ərzində 134 xəstə sağalıb, sağalanların ümumi sayı 929 909-a çatıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...