Əfqanıstanın şimalındakı Cövzcan vilayətinin hakimiyyət orqanları bir neçə ildir qadınları varlı yaşlı kişilərə satan yerli sakini saxlayıblar. SİA xəbər verir ki, bu barədə əyalətin təhlükəsizlik güclərindəki mənbə məlumat yayıb.
Mənbənin məlumatına görə, saxlanılan 100-ə yaxın boşanmış əfqan qadınını ölkənin müxtəlif yerlərində satıb.
Ölkədə hökm sürən bir sıra ənənələrə görə, belə qadınların bundan sonra ailə qurmaq şansı praktiki olaraq yoxdur. Şübhəli şəxs öz növbəsində insan alveri ilə məşğul olmadığını, qanuni nikahların təşkilinə töhfə verdiyini iddia edir.
Xatırladaq ki, Taliban dəfələrlə Əfqanıstanda qadınların hüquqlarının İslam qanunları çərçivəsində qorunacağına söz verib. Bu arada bir sıra şəhərlərdə qadınlar öz hüquqlarına hörmət etmək və dövlət orqanlarında təmsilçiliklərini təmin etmək çağırışı ilə dəfələrlə nümayişlərə çıxıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...