PDF Oxu

Dünya

  • 1 964

Belarus Polşa sərhədçilərinin hərəkətlərini araşdıracaq

Belarus Polşa sərhədçilərinin hərəkətlərini araşdıracaq

Belarus hakimiyyəti Polşa sərhədçilərinin iki ölkə sərhədində miqrantlara qarşı hərəkətləri ilə əlaqədar araşdırmaya başlayıb. SİA xəbər verir ki, bu barədə respublikanın Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı günorta qaçqınlar Polşaya soxulmağa cəhd ediblər, onlar hasarı sındırıb, Polşa təhlükəsizlik qüvvələrinə daş və çubuqlar atıblar. Buna cavab olaraq Polşa sərhədçiləri insanlara qarşı gözyaşardıcı qaz, səs-küylü qumbara və su şırnaqlarından istifadə ediblər.

Belarus Səhiyyə Nazirliyi öz Telegram kanalında bildirib ki, sərhəddəki iğtişaşların qurbanlarının sayı artmaqdadır. Noyabrın 10-dan 16-dək həkimlər 21 miqranta yardım göstəriblər.

Digər xəbərlər