Nikaraqua hökuməti ölkənin Amerika Dövlətləri Təşkilatından çıxdığını elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Denis Monkada bildirib.
"Bu gün, noyabrın 19-da biz Amerika Dövlətləri Təşkilatının baş katibinə bu təşkilatın nizamnaməsini qınayan məktub göndərdik. Biz bu təşkilatda iştirakdan imtina edirik və onunla əlaqələrimizi kəsirik", deyə Denis Monkada bəyan edib.
Qeyd edək ki, bu qərarın səbəblərindən biri də Amerika Dövlətləri Təşkilatının Nikaraquanın daxili işlərinə qarışmasıdır.
Xatırladaq ki, Amerika Dövlətləri Təşkilatı 1948-ci ildə yaradılıb. Hazırda onun tərkibinə 34 ştat daxildir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...