PDF Oxu

Dünya

  • 1 600

Pentaqon rəhbəri çağırış edib TƏRƏFDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK BARƏDƏ

Pentaqon rəhbəri çağırış edib TƏRƏFDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK BARƏDƏ

Birləşmiş Ştatlar regionun üzləşdiyi təhlükələrə qarşı çıxmaq üçün Yaxın Şərqdə çoxtərəfli tərəfdaşlıqları dərinləşdirməyə çalışır. SİA xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Loyd Ostin şənbə günü, hər il Bəhreyndə keçirilən regional təhlükəsizlik üzrə "Manama Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı söyləyib.

"21-ci əsrdə bizim regional təhlükəsizliyə daha geniş baxış lazımdır. Qarşılaşdığımız ümumi təhlükəsizlik təhdidlərini həll etmək üçün çoxtərəfli tərəfdaşlığı dərinləşdirməliyik”, deyə Loyd Ostin bildirib.

Bölgənin üzləşdiyi ən kəskin təhdidlər arasında Ostin koronavirus pandemiyası, iqlim böhranı, nüvə silahlarının yayılmaması, ekstremist qrupların fəaliyyəti, həmçinin “İranın terror qruplaşmalarına dəstəyini” qeyd edib.

Digər xəbərlər