Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Cəlalabad şəhərində İrandan humanitar yardımın tezliklə qəbul ediləcəyi aerodrom daxili və beynəlxalq uçuşları qəbul etməyə hazırdır. SİA xıbır verir ki, bu barədə əyalət qubernatorluğu yaydığı bəyanatda qeyd olunur.
“Cəlalabad şəhərinin aerodromu daxili və beynəlxalq reysləri qəbul etməyə hazırdır. Əfqanıstanın hakimiyyət orqanları tezliklə Cəlalabad aerodromu vasitəsilə İran İslam Respublikasından humanitar yardım alacaqlar”, deyə bəyanatda bildirilir.
Həmçinin qeyd edilir ki, Cəlalabad aerodromunda bütün texniki məsələlər və təhlükəsizliklə bağlı problemlər aradan qaldırılıb.
Xatırladaq ki, avqustun əvvəlində Taliban Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib. Avqustun son iki həftəsi ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyyəsi olub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...