Noyabrın 22-dən dekabrın 4-dək Riqa yaxınlığındakı Adazi poliqonunda Latviya, Litva silahlı qüvvələrinin və NATO-nun Latviyada yerləşən “Qış Qalxanı 2021” döyüş qrupunun iştirakı ilə hərbi təlimlər keçiriləcək. SİA xəbər verir ki, bu barədə yerli LETA Xəbər Agentliyi Latviya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Noyabrın 22-dən dekabrın 4-dək Adazi poliqonunda “Qış Qalxanı 2021” adlı Baltikyanı bölgənin mühafizəsini təmin etmək üçün silahlı qüvvələrin illik beynəlxalq hərbi təlimləri keçiriləcək", deyə LETA məlumat verir.
Qeyd olunur ki, hərbi təlimlərdə quru qoşunlarının mexanikləşdirilmiş piyada briqadasının əsgərləri, Daxili Qvardiya, Litva Silahlı Qüvvələri, NATO-nun Latviyadakı genişləndirilmiş döyüş qrupu və ABŞ silahlı qüvvələrinin Avropadakı komandanlığı altında olan əsgərlər iştirak edəcəklər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...