PDF Oxu

Dünya

  • 2 059

50-dən çox adam saxlanılıb İĞTİŞAŞLAR ZAMANI

50-dən çox adam saxlanılıb İĞTİŞAŞLAR ZAMANI

Rotterdamda Hollandiya polisi cümə günü koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərə qarşı mitinqlərdə baş verən iğtişaşlar zamanı 51 nəfəri saxlayıb. SİA xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları şənbə günü məlumat yayıb.

"Cümə günü axşam və gecə Rotterdamda baş verən iğtişaşlar zamanı 51 nəfər saxlanılıb. Onların təxminən yarısı yetkinlik yaşına çatmayanlardır", deyə Rotterdam polisi Twitter-də paylaşıb.

Qeyd edək ki, Rotterdamda iğtişaşlarla nəticələnən COVID-19-un yayılmasının qarşısını almaq üçün yeni məhdudlaşdırıcı tədbirlərə qarşı etirazlar keçirilib. Etirazçıların dağıdılması zamanı polisin xəbərdarlıq atəşi açması nəticəsində 7 nəfərin yaralandığı bildirilib. Polis azı 20 nəfəri saxlayıb.

Xatırladaq ki, keçən həftə Hollandiyanın baş naziri vəzifəsini icra edən Mark Rutte ölkə hakimiyyətinin koronavirusun yayılması ilə mübarizə üçün bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəldiyini, onların dekabrın 4-dək qüvvədə olacağını söyləyib.

Digər xəbərlər