Bu gün Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir. SİA TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07.00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb. Ölkədə 6,7 milyon səsvermə hüququna malik vətəndaş var.
Prezident seçkiləri uğrunda Bolqarıstan Sosialist Partiyası və digər partiyaların təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Rumen Radev və “Bolqarıstanın Avropa kimi İnkişafı üçün Vətəndaşlar” Partiyasının namizədi, Sofiya Universitetinin rektoru Anastas Qercikov mübarizə aparırlar.
Qeyd edək ki, noyabrın 14-də keçirilən birinci turda R. Radev seçicilərin 49,41 faizinin, A. Qercikov isə seçicilərin 22,82 faizinin səsini alıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...