Çinin xarici işlər naziri Van İ Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşini Pekinə rəsmi səfərə dəvət edib. SİA xəbər verir ki, bu barədə bazar günü televiziya proqramında məlumat verən Y.Hayaşi bu barədə təklifin çinli həmkarı tərəfindən telefon danışığı zamanı səsləndiyini bildirib.
Noyabrın 10-da Yaponiyanın yeni xarici işlər naziri təyin edilən Y.Hayaşi həmçinin qeyd edib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın sabitləşməsinin zəruriliyindən bəhs olunub.
Yapon nazirin çinli həmkarının dəvəti ilə bağlı hələlik danışıqlara başlanılmadığını bildirən Y.Hayaşi, həmçinin gələn ilin fevralında Pekində təşkil ediləcək Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot barədə qərarın Yaponiya hökuməti tərəfindən baxılacağını deyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...