Almaniya "Bavariya"sının futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans karantinə alınıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb oyunçuların koronavirusa yoluxmuş şəxslə təmasda olmalarıdır.
Onlar yerli səhiyyə orqanlarının qaydalarına uyğun olaraq təcrid ediliblər.
Qeyd edək ki, "Bavariya" Bundesliqanın son turunda "Auqsburq"a 1:2 hesabı ilə uduzaraq, cari mövsümdə 2-ci məğlubiyyətini alıb. Hazırda 28 xalla turnir cədvəlinə başçılıq edən Münhen təmsilçisi növbəti oyununu noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...