PDF Oxu

Dünya

  • 1 580

Epidemiyanın 4-cü dalğasına qarşı etirazlar başlayıb

Epidemiyanın 4-cü dalğasına qarşı etirazlar başlayıb

Belçikada yeni növ koronavirus hallarının artması ilə bağlı sərtləşdirilmiş karantin rejminə qarşı 35 min nəfərin toplaşdığı mitinqdə çaxnaşma yaşanıb. SİA xarici mətbuata istinadən bildirir ki, 35 min etirazçı Brüsseldə Şimal vağzalının qarşısına toplaşaraq “Birlikdə azadlıq üçün” şüarı ilə Avropa İttifaqı qurumlarının yerləşdiyi meydana doğru yürüyüş keçiriblər.Bir müddət sakit şəkildə etiraz etdikdən sonra müxtəlif əşyalarla polisə hücum edib, atəşfəşanlıq edib, polis maşınlarını və zibil yeşiklərini yandırıblar. Polisin təzyiqli su və gözyaşardıcı qazla müdaxiləsi nəticəsində hər iki tərəfən yaralananların olduğu öyrənilib.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər