PDF Oxu

Dünya

  • 1 737

"Rusiya ordusu istifadə edilməyəcək" SENATOR BƏYAN EDİB

"Rusiya ordusu istifadə edilməyəcək" SENATOR BƏYAN EDİB

Rusiya heç vaxt öz Silahlı Qüvvələrindən xarici əraziləri ələ keçirmək üçün istifadə etməyib, Ukraynanın cənub-şərqində Rusiya Federasiyasının Silahlı Qüvvələri prinsipial olaraq istifadə edilməyib və təbii ki, heç vaxt istifadə edilməyəcək. SİA xəbər verir ki, bu sözləri Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev “Rossiya 24” telekanalının efirində söyləyib.

“Beynəlxalq münasibətlər tarixində Rusiya heç vaxt kiməsə hücum etməyib, nə Gürcüstanda, nə Krımda, nə də Ukraynanın cənub-şərqində”, deyə Kosaçev “Rossiya 24” telekanalının efirində deyib.

O qeyd edib ki, Rusiya heç vaxt “öz Silahlı Qüvvələrindən xarici əraziləri ələ keçirmək üçün istifadə etməyib”.

Senator deyib ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi Qərbdən qaynaqlanır. Onun sözlərinə görə, Ukrayna Rusiyanın “aqressivliyi” ilə qorxudulur və beləliklə Ukrayna üçün “Qərbə, NATO-ya doğru qaçmağa davam etməkdən” başqa manevr qalmır.

Digər xəbərlər