PDF Oxu

Dünya

  • 1 906

Kerobyanın 319 faizlik “turist təminatı”nın iflası

Kerobyanın 319 faizlik “turist təminatı”nın iflası

...Gərək ki, yadınızda olar, bu ilin əvvəllərində ermənilərin elə də sayqı göstərmədikləri iqtisadiyyat nazırı Vaqan Rubenoviç Kerobyan xalqına əntiqə bir ümid vermişdi. Belə ki, o ermənilərə bu il ölkəyə gələcək turist axınını 319 faiz təmin edəcəyini bildirmişdi. Özü də o bu “turist təminatını” elə bəyan etmişdi ki, sanki “kişinin oğlu” bütün bunları öz əliylə qoyub.

Qeyd edim ki, həmin ərəfədə nəinki yerli erməni iqtisadçılar, hətta ermənilərin karına gələn bəzi başqa millət nümayəndələri olan iqtisadçılar da Kerobyanın verdiyi proqnoza təəccüblərini gizlətməmişdilər. Doğrudan da, bu Kerobyanın “turist axını” ilə bağlı maraqlı və eyni zamanda “tərəqqini özündə əkc etdirən” qəribə bir göstərici idi: 319 faiz. Bəli, nə 300, nə də 320 faiz yox...məhz 319 faiz. Deyim ki, bəziləri bunu erməni iqtisadiyyat nazırıni yeni tapıntısı kimi də təqdim etməyə çalışırdılar, amma...

Bu gün ermənilər etiraf edirlər: Ermənistan hökumətinin turizmlə bağlı proqnozlarının gerçəkləşməsi üçün bu ilin son 3 ayı ərzində ölkəyə əvvəlki 9 ayda olduğu qədər turist gəlməlidir.

Əslində, ermənilərin son üç ayda ölkəyə bu qədər turistin gələcəyinə inamları da yoxdur. Çünki bu gün təhlükəsizlik sistemi praktiki olaraq iflasa uğrayan bir ölkə, yəni Ermənistan böyük turist axınına ümid bəsləyə bilməz.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Kerobyan hələ də israrlıdır. Məsələn, onun ilin əvvəlində verdiyi 319 faizlik proqnoza görə, Ermənistana, az qala ölkə əhalisinin sayı qədər, yəni 1,2 milyon turist gəlməliydi. Və əgər bu qədər turist gəlsə idi, o halda iqtisadiyyat nazırınin 319 faizlik proqnozu reallaşacaqdı. Amma, türklər demiş, nə yazıqlar ki, bu ilin arxada qalan 9 ayı ərində Ermənistana cəmi 609 775 xarici turist gəlib. Lakim Kerobyan qarşıdakı üç ayda daha 600 min turistin gələcəyinə ümid edir və əgər gəlməsə, onda nazırın 319 faizlik turist proqnozu 188 faiz kimi təqdim ediləcək.

Buna görə isə İqtisadiyyat Nazirliyinin təmsil etdiyi Ermənistan hökuməti və eləcə də şəxsən nazir verdiyi qeyri-dəqiq proqnoza görə məsuliyyət daşıyır. Deyim ki, ermənilər belə düşünür. Bəs bu necə olur, sən erməni sahibkarlarına yalan vəd ver, onlar da sənin proqnozuna inanıb turist gözləsinlər və sonda ölkədəki yüzlərlə mehmanxana, restoran iflas vəziyyətinə düşüb, hətta müflis olsunlar?

Maraqlıdır ki, bu uğursuzluq Ermənistan ÜDM-nin əldə edə bilmədiyi yüz milyonlarla dollarla qiymətləndirilir.

Yeri gəlmişkən xatırladaq ki, 2020-ci ilin əvvəlində baş nazir Nikol Paşinyan məxməri meyvələri ilə daha bir qürur duyaraq uğurunu şəxsi “Facebook” səhifəsində elan etmişdi. Belə ki, həmin ərəfədə onun sözlərinə görə, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 2017-ci illə müqayisədə 26,7, 2018-ci illə müqayisədə isə 14,7 faiz artıb. Rəqəmlərin daha təsirli görünməsi üçün baş nazir oxşar artımın müvafiq olaraq 11,4 və 14 faiz olduğu Azərbaycan və Türkiyə ilə paralellər aparmağa da qərar verərərək Ermənistanın bu ölkələri artıq “tozanaqda qoyduğunu” bildirmişdi.

Təbii ki, belə olan halda baş nazirin dediklərinə baxıb iqtisadiyyat nazirinə irad tutmaq məncə düzgün olmaz. Şünki 188 faiz ermənilər üçün elə də balaca rəqəm olmamalıdır axı...

Hə, lap yadımdan çıxmışdı deyəm, ermənilərdə bilmirəm, amma başqa yerlərdə faiz bir şeyin bütövə nisbətini göstərmək üçün istifadə olunur.

Ağasəf Babayev

Digər xəbərlər