“Rəsmi İrəvan Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğu barədə Moskvanı məlumatlandırıb”. SİA xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
"Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməyə hazır olduqlarını açıqladı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bildirdik. Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan nizamlamağa həmişə hazır olub. Amma hələlik Türkiyə ilə heç bir danışıqlar aparılmır” deyə, o bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...