Efiopiyanın Tiqray əyalətinin üsyançı qoşunları ölkənin paytaxtı Əddis-Əbəbədən 189 km şimal-şərqdə yerləşən Debre-Sina şəhərini ələ keçirib.Bu barədə “Somali Guardian” məlumat yayıb.Məlumata görə, şəhərin tutulması üsyançıların nəzarət etdikləri Şeva-Robit qəsəbəsindən hücumların ardınca baş verib.Qeyd edək ki, Tıqray üsyançıları oktyabrın 27-də Efiopiyanın şimalında hücuma keçərək Əddis-Əbəbəyə doğru irəliləyiblər. Noyabrın 2-də federal hökumət növbəti altı ay ərzində bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Federal qüvvələrin komandanlığı noyabrın 5-də veteranları silahlı qüvvələrin sıralarına qayıtmağa və üsyançılarla mübarizə aparmağa kömək etməyə çağırıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...