Almaniyanın Müdafiə Nazirliyi Bundesferin hərbi qulluqçuları üçün koronavirus peyvəndini məcburi etmək qərarına gəlib.Bu barədə nazirlikdən məlumat verilib.Məlumata görə, müvafiq qərar çərşənbə günü Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer tərəfindən qəbul edilib.Məcburi vaksinasiyanın Bundesferin 180 mindən çox hərbçisinə şamil ediləcəyi bildirilib. Peyvənddən imtina edənlərin intizam məsuliyyətinə cəlb olunacağı vurğulanıb.Qeyd edək ki, Almaniyada COVID vaksinasiyaya ötən ilin dekabr ayının sonunda başlanılıb. Ölkədə “Pfizer/ BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndlərindən istifadə olunur.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...