Mardin şəhərində "Eren Qış-8 Ömeryan Şəhid Təhlükəsizlik Mühafizəçisi Əbdüllətif Emen" əməliyyatı başlayıb. SİA bu barədə türk mətbuatına istinad edir.
Daxili İşlər Nazirliyinin mövzuyla bağlı yayılan bəyanatda terror təşkilatı PKK-nı ölkənin gündəmindən çıxarmaq və bölgədə sığındığı düşünülən terrorçuları zərərsizləşdirmək məqsədi ilə Mardində başladılan əməliyyatda jandarma komando, jandarma xüsusi əməliyyat (JÖH) və mühafizə dəstələrindən ibarət 670 şəxsi heyətin iştirak etdiyi bildirilib.
Bəyanatda ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən "Eren" əməliyyatlarının xalqın dəstəyi ilə “inamla” və “qətiyyətlə” uğurlu şəkildə davam etdiyi vurğulanıb.
Digər tərəfdən, 3-ü DEAŞ terror təşkilatı, 2-si isə terror təşkilatı PKK üzvü olan 5 terrorçu Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edərkən yaxalanıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Hatay və Şanlıurfa şəhərlərində xidmət göstərən Sərhəd Mühafizəsi Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçməyə cəhd edən 5 nəfəri yaxaladı. İstintaq zamanı ələ keçirilən şəxslərdən üçünün DEAŞ üzvü, ikisinin də PKK terror təşkilatı üzvü olduğu müəyyənləşdi" deyilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...