PDF Oxu

Dünya

  • 1 631

“Erməni demokratiyası”na inanmayan özbəkistanlı erməni

“Erməni demokratiyası”na inanmayan özbəkistanlı erməni

Deməli, bu günlərdə ABŞ Dövlət Departamenti öz saytında ölkə prezidenti Cozef Baydenin ev sahibliyi edəcəyi “Demokratiya Sammiti”nə dəvət olunmuş 110 ölkənin siyahısını dərc edib. Belə ki, dəvətlilər arasında Ermənistanın da adının yer alması, bu ölkədə böyük bir sevincə səbəb olub: “...Görün, baxın biz... həqiqətən də, demokratik ölkələrin gözəl şirkətindəyik”.

Deyim ki, bunu da ermənilər yazır.

Onların ancaq özlərinə məxsus olan düşük düşüncələrinə görə, sən demə, nəinki qonşu, hətta dünya dövlətləri belə “erməni demokratiyası”nı dərindən oxuyub, onun “unikl məziyyətlərini” öyrənməlidirlər.

...Təbii ki, bu səpkili erməni yazılarına vaxt ayırıb diqqət yetirmək vaxt itkisi olsa da, amma ermənilərin burada da dinc dayanmayıb Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və hətta farsdilli Tacikistanın kimi dövlətlərin ünvanına hədyanlar söyləyib, bu ölkələrin demokratiya barədə heç bir “anlayış”larının olmamasını söyləmələri, təbii ki, bu millətin səviyyəsiz səviyyəsindən xəbər verir.

Nə isə.., mən burada “ermənilərin bəyənməyib”, “demokratiyadan anlayışı olmayan” bu ölkələr, bu ölkələrdə yaşayan ermənilərin sayı, yaşam tərzi barədə bəzi xronoloji faktları diqqətinizə çatdırmaq istəyirəm.

Beləliklə, rəsmi rəqəmlrə görə, bu gün Özbəkistanda “erməni demokratiyası” mövcud olmasa da, amma bu ölkədə 70 minə yaxın erməni yaşayır. Onlar əsasən Özbəkistanın Səmərqənd, Daşkənd, Buxara və digər böyük şəhərlərində yaşayıb və ölkə vətəndaşları kimi ölkənin bütün imtiyazlarından yararlanırlar.

Deyim ki, erməni sayı Qazaxıstanda 20-25 min kimi göstərilir. Belə ki, daha çox Karaqanda, Alma-Ata, Pavlodar kimi şəhərlərdə yaşayan ermənilər də özbəkistanlı ermənilər kimi yaşayışlarından çox məmundurlar.

Qeyd edim ki, bu gün Qırğızıstan və Tacikistanda qonşu dövlətlərlə müqayisədə az da olsa erməni yaşayır. Belə ki, onların sayı hər iki ölkədə 1000 nəfər kimi göstərilir.

Bu arada bəzilərinə inandırıcı görünməsə də, amma hazırda Türkmənistanda 30 minə yaxın erməninin yaşadığı bildirilir. Bu ölkədə ermənilər daha çox Aşqabad (20600), Türkmənbaşı (3000), Mari (3000) və Türkmənabad (2100) şəhərlərində cəmləşiblər.

...İndi mənə maraqlıdır, vaxtilə Ermənistan əhalisinin sayını 5 milyona çatdıracaqları barədə “öhdəlik götürən” Serjik Sarkisyanın, sonradan lap elə Nikol Paşinyanın çağırışlarına niyə Orta Asiyada, türk xalqlarının qanadı altına sığınan ermənilər heç bir reaksiya vermədilər? Niyə buradakı “avtoritar” rejimi “Ermənistan demokratiyası” ilə dəyişmək istəmədilər? Görən, bu gün Ermənistanda yaşayan erməni başbilənləri bunu az da olsa, başlarına vururlarmı?

Erməni elə həmişə ermənidir və təbii ki, bu millət hər zaman çörəyi bol olan ölkəni özünə vətən bilib.

...Gəlin etiraf edək ki, əgər Orta Asiya ölkələrində yaşayan ermənilər İrəvandakı demokratların “erməni demokratiyası” barədə dediklərinin reallığına inansaydılar, onlar çoxdan Ermənistana qayıtmış olardılar.

Ağasəf Babayev

Digər xəbərlər