Fransada 13 nəfər omikron COVID-19 ştammı ilə yoluxma halı ilə şübhəli bilinib. SİA xəbər verir ki, bu barədə Fransa Nazirlər Kabinetinin sözçüsü Qabriel Attal çərşənbə günü brifinqdə deyib.
"Bu günə qədər ərazimizdə 13 şübhəli omikron ştammı ilə yoluxma halı müəyyən edilib", deyə Attal bildirib
O, omikron ştammının bütün Fransaya yayıldığını istisna etməyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı, cümə günü fövqəladə iclasdan sonra, Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəldi. ÜST yeni ştamın adını yunan hərfi olan omikron ilə B.1.1.529 adlandırıb.
Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştammının peyda olacağı barədə xəbərdarlıq etmişdilər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı müqavimətini göstərir. Daha sonra Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu da yeni ştamın Cənubi Afrikada tapıldığını təsdiqləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...