Estoniya prezidenti Alar Karis hökumətin koronavirus səbəbilə ölkəni bağlamamaq qərarını dəstəkləyib. SİA xəbər verir ki, dövlət başçısının ofisinin məlumatına görə, bu barədə Karis çərşənbə günü baş nazir Kaya Kallas ilə görüşü zamanı bildirib.
"Hökumətin koronavirusun indiki dalğası zamanı ölkəni bağlamamaq qərarı yeganə düzgün qərar idi. Koronavirus dalğası artıq sürücülər üçün ilk qar kimi gözlənilməz ola bilməz. Koronavirusun hər yeni ştamına görə çaxnaşma olmamalıdır", deyə Alar Karis qeyd edib.
Karis əlavə edib ki, peyvənd hələ də koronavirusla mübarizədə əsas təsirli vasitədir.
Səhiyyə Departamentinin çərşənbə günü verdiyi məlumata görə, Estoniyada 828 162 nəfər koronavirusa qarşı peyvənd olunub ki, bu da ölkə əhalisinin 62,2%-ni təşkil edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...