Donbasla bağlı danışıqlar dalana dirənib və ABŞ münaqişənin həllində dəstək rolunu oynaya bilər. SİA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland çərşənbə günü Kiyev Təhlükəsizlik Forumunda videobağlantı vasitəsilə söyləyib.
“Minsk razılaşmalarına nəzər salsanız, o zaman görərsiniz ki, necə deyərlər, şeytan təfərrüatlardadır və həyata keçirilməyən çox şeylər var. Danışıqların dalana dirəndiyi haqda düz deyirlər. Biz buna inanırıq. ABŞ köməkçi rol oynaya bilər, necə ki, biz bunu 2014-2016-cı illərdə Kiyevlə paralel işləyərək “Normandiya” formatını əvəz etdikdə müşahidə etmişik. Məncə, biz bunu etməyə hazırıq və alternativ görmürük”, deyə Nuland bildirib.
Eyni zamanda o, ABŞ-ın münaqişənin həllinin yeganə yolu kimi Minsk razılaşmalarını dəstəklədiyini bildirib.
Nuland qeyd edib ki, Minsk razılaşmalarının əsas tələbi xarici qoşunların çıxarılması və seçkilərin keçirilməsidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...