Avropa İttifaqı (Aİ) Belarusa qarşı 11 hüquqi və 17 fiziki şəxsin daxil olduğu beşinci sanksiyalar paketini təqdim edib.SİA xəbər verir ki, bu barədə Aİ Şurasının hökumət bülletenində dərc olunmuş qətnamədə deyilir.Sanksiyalar Brüsselin Minskdən “hibrid hücum” hesab etdiyi miqrasiya böhranı ilə əlaqədar qəbul edilib. Aİ həmçinin xəbərdarlıq edib ki, vəziyyət yaxşılaşmasa, məhdudlaşdırıcı tədbirləri sərtləşdirməyə davam edəcək.Yeni sanksiyalar paketində hüquqi şəxslərə bu şirkətlər daxildir: “Belavia” dövlət aviaşirkəti, Belarusun Sərhəd Mühafizə Xidməti, “Qrodno Azot” şirkəti, “Belshina”, “Belorusneft”, “Oskartur”, eləcə də Minskə uçuşlar həyata keçirən Suriyanın “Cham Wings” aviaşirkəti və Türkiyədə Belarusa turların dizaynı ilə məşğul olan “VIP Grub” agentliyi.Siyahıda Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo, onun müavini İqor Marşalov, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz da yer alıb.Beləliklə, bu gündən Belarus üçün qara siyahıya salınmış şəxslərin ümumi sayı 183 fiziki və 26 hüquqi şəxsə çatdırılıb.Aİ qətnamədə sərhədlərinə edilən bütün hibrid hücumları pisləyib və lazımi cavab verəcəyini bildirib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...