“İran danışıqlara ciddi yanaşmır, buna görə də müzakirələrdə irəliləyiş yoxdur”.
SİA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Vyanada İranla “Altılıq” arasında danışıqların yenidən başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran danışıqlara ciddi yanaşmadığı üçün və bu səbəbdən müzakirələrdə müsbət irəliləyiş olmadığına görə dialoq müvəqqəti olaraq dayandırılıb.
“Son iki gündə aparılan müzakirələrdən görünən budur ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtmaqda ciddi deyil. Məhz buna görə də biz danışıqların bu mərhələsinə son qoyduq”, - Blinken qeyd edib.
Dövlət katibi ABŞ hökumətinin İranın nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayıb: ABŞ İrana danışıqları uzatmaqla öz nüvə proqramını inkişaf etdirməsinə imkan verməyəcək. Diplomatiya uğursuz olacağı təqdirdə, Vaşinqton digər variantları nəzərdən keçirəcək. Biz yaxın günlərdə mühüm qərarlar verməliyik. Bu prosesdə iştirak edən tərəfdaşlarımızla məsləhətləşmələr apararaq, İranın bu müzakirələrdə nə qədər ciddi olub-olmadığını müəyyən edəcəyik”.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...