Krım Ailə Dərnəyi Ukraynada Yunis Əmrinin 700 illiyinə aid tədbir keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunan tədbirdə Krım tatar türklərindən olan uşaqlar Yunus Əmrənin şeirlərini söyləyib, yerli rəqslər nümayiş etdiriblər. Sonra Yunus Əmrənin həyatından bəhs edən sənədli film nümayiş etdirilib. Anma tədbirinin sonunda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Krım Evi Dərnəyi ilə birgə təşkil etdiyi kompüterləşdirilmiş tikmə kursunun bağlanış mərasimi keçirilib.
Xatırladaq ki, Yunus Əmrə Anadoluda doğulan və onu Anadolunun Türk-İslam mədəniyyətləri ilə birləşdirən çox əhəmiyyətli adlardan biridir. Dünyanın bir çox universitetlərində yaradılmış Yunus Əmrə İnstitutunda onun şeirləri araşdırılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...