Türkiyədə artıq bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti ölkənin turizm bölgəsi olan Muğla vilayətinin Bodrum və Marmaris rayonlarında böyük fəsadlara səbəb olub. SİA xəbər verir ki, bölgədə yağan leysan yağışları səbəbindən vilayətin mərkəzi hissələri də daxil olmaqla bir çox ev, iş yerini və əkin ərazilərini su basıb. Yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb. Dağlıq bölgələrdə baş verən sürüşmə səbəbindən daş və qaya parçaları yollara tökülüb. Bəzi magistral yollar müvəqqəti bağlanıb.
Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...