Pakistanın şimalında Siyaçin dağlıq bölgəsində hərbi helikopter qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərin mayor rütbəsi daşıdığı məlum olub.
Hadisə yerinə axtarış-xilasetmə qrupları və hərbçilər cəlb olunub.
Siyaçin buzlaqları Qaraqorum dağlarında Pakistan, Çin və Hindistan sərhədində yerləşir.
Bölgədə uzun müddət Pakistan və Hindistan arasında münaqişələr qeydə alınıb. Bununla əlaqədar Siyaçin dünyanın ən hündür münaqişə bölgəsi kimi tanınıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...