Ermənistanda Vardenis şəhərinin sakinləri yerli özünüidarə orqanlarına keçirilən son seçkilərin nəticələrinə etiraz olaraq və “Birləşmiş Vardenis” blokunun lideri Aram Arutyunyanın saxlanması ilə bağlı aksiya keçiriblər.
SİA xəbər verir ki, Ermənistanda seçkilər dekabrın 5-də keçirilib.
Bildirilib ki, nəticədə bütün böyük icmalarda hakim partiya məğlub olub.
“Vardenisdəki etirazçılar qeyd ediblər ki, hakimiyyət Vardenisdəki məğlubiyyətlə barışa bilməyib və bütün imkanlarından istifadə edərək Vardenis Ağsaqqallar Şurasını ələ keçirməyə cəhd edib”, – Ermənistan KİV yazıb.
Yerli özünüidarə orqanlarına seçkilərdə hakim “Mülki müqavilə” partiyası 12, “Aharon Xaçatryan” bloku 10, “Birləşmiş Vardenis” isə 5 mandat əldə etsə də, son iki partiya birləşmək qərarına gəlib və bununla da Şurada çoxluq təşkil edib.
Etirazçılar iddia edirlər ki, bu motivlərdən çıxış edərək “Vahid Vardenis” blokunun lideri Aram Arutyunyanı saxlayıblar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...