Qeyd edək ki, şəhərin yaxınlığındakı istilik elektrik stansiyalarının təsiri ilə Belqrad qış mövsümündə havanın ən çox çirkləndiyi paytaxtlar sırasındadır. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Serbiyanın paytaxtı Belqradda şəhərin havasını yaxşılaşdırmaq üçün “maye ağac” adlı fotobioreaktordan istifadə olunur. Ölkədə ilk dəfə tətbiq olunan bu qurğu fotosintez yolu ilə karbon qazını oksigenə çevirən 600 litr su və mikroyosunlardan ibarətdir. Qurğu iki ədəd 10 yaşlı ağac və ya 200 kvadratmetr otluq sahə qədər oksigen istehsal edir.
Belqrad Universiteti və şəhər rəhbərliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ağac əkilməsinin mümkün olmadığı ərazilərdə “maye ağaclar”ın qurulması planlaşdırılır. Üzərində günəş panelləri olan bu qurğu gecə işıqlandırmanı da təmin edir.
Qeyd edək ki, şəhərin yaxınlığındakı istilik elektrik stansiyalarının təsiri ilə Belqrad qış mövsümündə havanın ən çox çirkləndiyi paytaxtlar sırasındadır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...