PDF Oxu

Dünya

  • 2 297

ABŞ-ın rəhbərliyindəki silahlı qüvvələr İraqdan çıxarıldı

ABŞ-ın rəhbərliyindəki silahlı qüvvələr İraqdan çıxarıldı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərkibində İraqda vəzifə icra edən silahlı qüvvələr ölkədən çıxarıldı. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

TRT-nin İraqın rəsmi xəbər agentliyi İNA-ya istinad etdiyi xəbərinə görə bu barədə İraq Milli Təhlükəsizlik katibinin müşaviri Kasım Araci məlumat yayıb. “Biz koalisiya qüvvələri ilə yekun danışıqlarımızı başa çatdırdıq. Koalisiya qüvvələrinin döyüş qüvvələri İraqdakı missiyasını tamamlayaraq ölkədən ayrıldılar”

Xatırladaq ki, İranın dəstəklədiyi şiə milis qruplar dekabrın sonundan etibarən ölkədəki ABŞ qüvvələrinin hədəfə götürüləcəyi hücumlar təşkil ediləcəyini irəli sürmüşdü.