Almaniyada xəstəxanalarda və qocalar evlərində çalışan tibb işçilərinin koronavirus peyvəndi olması məcburi hal alıb. SİA xarici mətbuata istinadən bildirir ki, Almaniya Bundestaqında deputatlar koronavirusun 4-cü dalğasını qırmaq üçün tibb işçilərinə peyvəndin məcburi edilməsini nəzərdə tutan qanun layihəsinə səs veriblər.
Ərizə 571 lehinə 80 səslə, 38 deputat bitərəf olmaqla təsdiq edilib. “İctimaiyyətin infeksiyadan qorunması haqqında” qanuna dəyişiklik parlamentin yuxarı palatası olan Federal Şuraya göndəriləcək.
Qeyd edək ki, öllkədə son 24 saatda 61 min 288 yeni yoluxma aşkar edilərkən, 484 nəfər dünyasını dəyişib. Ümumi yoluxma sayının 6 milyon 423 min 520-yə yüksəldiyi ölkədə can itkisi 104 min 996-ya çatıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...