PDF Oxu

Dünya

  • 1 987

5 -11 yaş arası uşaqların peyvənd olunması tövsiyə olunub

5 -11 yaş arası uşaqların peyvənd olunması tövsiyə olunub

Hollandiya hökumətinə 5-11 yaş arası bütün uşaqların COVID-19-a qarşı peyvənd olunmasına icazə vermək tövsiyə edilib. SİA xəbər verir ki, bu tövsiyyə Hollandiyanın Səhiyyə Şurası ölkənin səhiyyə naziri Huqo de Jonqeyə ünvanlanmış məktubda qeyd olunur.

Qeyd edək ki, bir qədər əvvəl də Hollandiyanın Səhiyyə Şurası xroniki xəstəliklərdən əziyyət çəkən və risk altında olan 5-11 yaşlı uşaqlara COVID-19-a qarşı peyvənd edilməsini tövsiyə etmişdi.

"Peyvəndləşmənin əsas üstünlüyü ondan ibarətdir ki, o, ağır COVID-19-un və ya bu yaş qrupunda olan uşaqlarda həyati vacib orqanlarda şiddətli iltihablı reaksiyanın inkişafının qarşısını ala bilər", deyə Şuranın məktubunda bildirilir.

Məktubda həmçinin qeyd olunur ki, uşaqların koronavirusa qarşı peyvənd edilməsinin faydalarının zərərlərindən daha çoxdur. Bildirilir ki, peyvənddən 5-11 il sonra uşaqlarda baş verə biləcək yan təsirlər yorğunluq, baş və əzələ ağrıları və qısa müddət ərzində qızdırma ilə məhdudlaşır. Eyni zamanda, miokardit kimi daha ciddi yan təsirlərin inkişaf riskinin çox aşağı olduğu diqqətə çatdırılır.

Digər xəbərlər