PDF Oxu

Dünya

  • 1 882

Əfqanıstana ilk humanitar yardım HİNDİSTANDAN GÖNDƏRİLİB

Əfqanıstana ilk humanitar yardım HİNDİSTANDAN GÖNDƏRİLİB

Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı Hindistandan humanitar yardımın ilk partiyasını aldığını bildirib. SİA xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yeni hökumət hakimiyyətə gəldikdən sonra ilk dəfə Əfqanıstanın Kam Air aviaşirkətinin təyyarələri ilə 2 tona yaxın yük göndərilib.

Khaama Press agentliyi Əfqanıstanın Hindistandakı səfirinə istinadən yazır ki, bu səhər “1,6 ton həyati vacib dərmanlar alınıb ki, bu da çətin anlarda bir çox ailələrə kömək edəcək”.

Xatırladaq ki, bir qədər əvvəl Pakistanın baş naziri İmran Xan Hindistandan Pakistan ərazisi vasitəsilə Əfqanıstana humanitar yüklərin aparılmasına icazə verib. Nazirin sözlərinə görə, humanitar yardıma ərzaq məhsulları, o cümlədən 50 min ton buğda, ilkin tələbat malları, qış sığınacaqları və digər ləvazimatlar daxildir.

Digər xəbərlər