Avropa Komissiyası şənbə günü 23 yeni lisenziya aldıqdan sonra avropalı balıqçıların Britaniya sularına çıxışı ilə bağlı Böyük Britaniya ilə danışıqları davam etdirmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Avropa Komissiyası bəyan edib ki, “balıqçılıq mübahisəsi” üzrə danışıqlar cümə günü başa çatmalıdır.
"Bugünkü qərar Ticarət və Əməkdaşlıq Sazişinin tam şəkildə həyata keçirilməsi üçün uzunmüddətli prosesdə mühüm addımdır. Sulara çıxış istəyən bir sıra gəmilər hələ də lisenziya almayıb. Avropa Komissiyası işləməyə davam edəcək. Fransa Ticarət və Əməkdaşlıq Sazişinin tam şəkildə həyata keçirilməsini təmin etmək üçün tələb olunan lisenziyanın verilməməsinin hüquqi nəticələrini araşdıracaq", deyə AB-nin açıqlamasında bildirilir.
Xatırladaq ki, cümə günü Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Klement Bon bildirib ki, əgər London "balıqçılıq mübahisəsi"ndə mövqeyində qalarsa, Fransa Avropa Komissiyasından Böyük Britaniyaya qarşı hüquqi prosesə başlamağı xahiş edəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...