Praqanın mərkəzindəki Vatslav meydanında 500-ə yaxın insan yaşlıların və bir sıra peşələrin nümayəndələrinin COVID-19-a qarşı məcburi peyvənd edilməsinə etiraz edərək aksiyada iştirak edir. SİA xəbər verir ki, bu barədə RİA Novosti-nin yerli müxbiri məlumat verib.
Qeyd edək ki, dekabrın 6-da Çexiya hökuməti Səhiyyə Nazirliyinin 2022-ci il martın 1-dən 60 yaş və yuxarı yaşda olan şəxslər, habelə tibb işçiləri, polislər, yanğınsöndürənlər, hərbçilər kimi peşələrin nümayəndələri üçün icbari koronavirus peyvəndi tətbiq edilməsi təklifini təsdiqləyib. Cümə günü, dekabrın 10-da qanunvericiliyə edilən müvafiq dəyişikliklər qanunlar toplusunda dərc olunub.
Etiraz aksiyasının təşkilatçılarından biri, “Vətəndaşların Hüquqları Uğrunda” ictimai təşkilatının lideri Yakub Olbert mitinqin açılışında çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin məcburi peyvəndlər tətbiq etməsi respublika Konstitusiyasını pozur.
"Biz, Çexiya vətəndaşları, ölkə hökumətindən öz hərəkətlərində respublikanın Konstitusiyasına riayət etməsini və hətta həmvətənləri üçün daha yüksək xeyirli olması naminə heç vaxt Əsas Qanunu pozmamasını tələb edirik. Hər bir vətəndaşın hüququ var ki, koronavirusa qarşı peyvənd edib-etməmək barədə müstəqil qərar verin”, deyə aksiyanın təşkilatçılarından biri, Yakub Olbert bildirib.
Xatırladaq ki, hazırda meydanda məcburi peyvənd əleyhinə petisiya ilə imza toplanır, aksiyanın təşkilatçıları mitinq iştirakçılarının çıxışları bitdikdən sonra gedəcəkləri yürüş zamanı bunu Nazirlər Kabinetinə ötürmək niyyətindədirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...