PDF Oxu

Dünya

  • 1 852

Roma Papası Ukraynanı dəstəklədiyini bildirib

Roma Papası Ukraynanı dəstəklədiyini bildirib

Papa Fransisk Ukraynaya və xalqına dəstəyini ifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Roma Papası vəziyyət ətrafında yaranmış gərginliyi beynəlxalq dialoq yolu ilə həll etməyə çağırıb.

"Mən əziz Ukrayna, onun bütün kilsələri, dini icmaları və bütün xalqı üçün dualar etmək istərdim ki, hazırkı gərginlik silahla deyil, ciddi beynəlxalq dialoq yolu ilə həll olunsun", deyə pontifik bazar günü bildirib.

"Bu yaxınlarda öyrəndiyim statistika məni çox kədərləndirdi. Bu il keçən ilə nisbətən daha çox silah istehsal edilib. Silahlar yol deyil. Qoy bu Milad bayramı Ukraynaya sülh gətirsin", deyib Papa və dua edib.

Digər xəbərlər