Bolqarıstan Xalq Məclisi (parlamenti) noyabrda keçirilən seçkilərdə qalib gələn “Dəyişməyə davam edirik” partiyasının lideri Kiril Petkovu baş nazir vəzifəsinə seçib. SİA xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Məlumata görə, 41 yaşlı Petkovun namizədliyinə 134 deputat səs verib, 104 deputat əleyhinə olub, bitərəf qalan olmayıb.
Ayrı bir səsvermədə parlament Nazirlər Şurasının şəxsi tərkibinə səs verib. Onu təsdiqləmək üçün 121 səs tələb olunurdu. “Dəyişməyə davam edirik” partiyasından əlavə, sosialistlərin və “Belə bir xalq var” partiyasının daxil olduğu koalisiyadakı tərəfdaşlar isə məclisdə 134 səsə malikdirlər.
Xatırladaq ki, Petkov və valideynləri 1990-cı illərin ortalarında Kanadaya mühacirət ediblər. O, Universitetdə maliyyə təhsili, daha sonra Harvard Universitetində biznesin idarə edilməsi üzrə təhsil alıb. 2021-ci ilin may-sentyabr aylarında Stefan Yanevin xidməti hökumətində İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...