Ukrayna təşkilatın standartlarına cavab verərsə, NATO-ya üzv olmaq yolunda irəliləyə bilər. SİA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib.
"Alyans 2008-ci ildə təsdiqləyib ki, Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə və tələblərə cavab verməyə davam etsələr, bu, məsələnin həll yolunu yaxınlaşdıracaq", deyə Blinken bəyan edib.
Qeyd edək ki, Ali Rada 2014-cü ilin dekabrında dövlətin bloklara qoşulmamaq statusundan imtina edib. 2019-cu ilin fevralında parlament Aİ və Şimali Atlantika Alyansında hakimiyyətin kursunu təmin edən Konstitusiyaya düzəlişlər qəbul edib. Ukrayna genişlənmiş imkanlarla blokda tərəfdaş statusu alan altıncı ölkə olub.
Xatırladaq ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen daha əvvəl bildirmişdi ki, alyansa qoşulmaq üçün Kiyev müəyyən islahatlar aparmalı olacaq və bu, uzun müddət çəkəcək. Ekspertlər hesab edir ki, Ukrayna hakimiyyəti yaxın 20 ildə bloka üzvlük üçün müraciət edə bilməyəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...