PDF Oxu

Dünya

  • 1 777

Ermənilərin Ərdoğan xofu...

Ermənilərin Ərdoğan xofu...

...Məsəl var, deyərlər, “...axmağa hörmət edərsən, deyər məndən qorxdu”.

...Deməli, xatırladaq ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ötən gün parlamentdə çıxışı zamanı rəsmi Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edəcəyi barədə danışıb. Maraqlıdır ki, türk rəsmisinin dediklərindən xoflanan ermənilər bu gün buna “min cür don” geydirməyə çalışırlar.

Məsələn, ermənilərin “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan öz şəxsi “Facebook” səhifəsində Ankara və İrəvan münasibətləri tənzimləmək üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəldiklərini yazaraq, bunun “erməni ərazisindən dəhliz verilməsinin” başlanğıcı olduğunu bildirib.

Abramyana görə, bu təklifin davamlı olaraq Türkiyə tərəfdən gəldiyini nəzərə alsaq, nümayəndələrin təyinatı və pərdəarxası razılaşmalar mövzusunun artıq kifayət qədər real olduğu görünür.

“...Yeri gəlmişkən, bir neçə həftə əvvəl Ermənistan xarici işlər naziri etiraf etmişdi ki, iqtidarın müsbət təbliğat çərçivəsində təqdim etdiyi Ermənistan-Türkiyə prosesində Türkiyə ilkin şərt kimi dəhliz məsələsini irəli sürür”.

Qeyd edək ki, bu fikirləri şəxsi “Facebook” səhifəsində yazan Abramyan bu gün daha bir qapalı və gizli prosesin də üzə çıxdığını deyərək, onun “dağıdıcı nəticələrinin” hələ ki, qiymətləndirməkdə çətinlik çəkdiyini də bəyan edib.

...“Ermənistan ərazisində Türkiyəyə keçəcək heç-bir dəhliz-filan olmayacaq”. Qeyd edək ki, bunu isə ötən gün parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan bildirib. Bundan sonra ölkəyə tam söz azadlığı və demokratiya vəd edən Nikol tərəfdaşı məlul bir görkəm alaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi, bu gün Ermənistanın da danışıqlara ehtiyacı olduğunu da gizlətməyib

Köçəryana görə, tərəflər arasında danışıqlar başlayacağı təqdirdə danışıqları həm onlar, həm də biz tərəfdən təyin olunmuş xüsusi adamlar aparacaqlar. Ona görə də, Ermənistandan olan həmin xüsusi nümayəndənin adı açıqlananda jurnalistlər həmin şəxsdən müsahibə və və bütün suallara cavab almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, erməni jurnalistləri narazı salan isə Andranik Köçəryanın Ermənistan-Türkiyə münasibətlərində Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtina etməsi və erməni soyqırımının tanınması prosesinin olub-olmaması sualına cavab verməkdən yayınması olub.

...Yeri gəlmişkən, bu gün elə Andranikə sual verən jurnalistlər də daxil olmaqla, əksər ermənilər yaranmış şəraitdə Paşinyanın konstitusion yolla dəyişdirilməsinin qeyri-mümkün olduğunu yaxşı anlayırlar.

Bildirək ki, qanunla hökumətə etimadsızlıq ifadə etmək üçün konstitusiya imkan pəncərəsi yalnız 2022-ci ilin avqustunda açıla bilər. Bundan əlavə, ekstremal hallarda hökumət üçün bir növ daxili siyasi müdafiə vasitəsi olan hərbi vəziyyət və ya fövqəladə vəziyyətin tətbiqi variantı bu gün də mövcuddur.

Onu da qeyd edək ki, hazırda bəzi erməni rəsmiləri onların “etiraz”larına baxmayaraq, dəhlizin elə yaxın vaxtlarda reallaşacağına inanırlar. Amma məsələ bundadır ki, dünyada “erməni xisləti” kimi tanınan bir məfhum var. Məsələn, bu gün erməniləri dəhlizin reallaşmasında qorxudan nədir?

Ermənilər qorxurlar ki, dəhliz açılacağı təqdirdə Ərdoğan iqtisadiyyatı sabitləşdirməyə kömək edəcək hər hansı xarici siyasət addımından əhəmiyyətli faydalar əldə edəcək. Çünki ermənilər hələ də Türkiyədə keçiriləcək 2023-cü il seçkiləri ərəfəsində ölkədə artan inflyasiyanın Ərdoğanın populyarlığını təhdid edəcəyini düşünürlər.

Ağasəf Babayev

Digər xəbərlər