PDF Oxu

Dünya

  • 1 819

Norveçdə içki satışı qadağan edilib

Norveçdə içki satışı qadağan edilib

Norveçdə son vaxtlar koronavirusa yoluxma hallarının artması özü ilə yeni tədbirlər də gətirib. Son həftələrdə ölkədə aşkarlanan “omikron” ştammına yoluxma hallarının sayının ciddi şəkildə artmasından sonra hökumətin gördüyü ilk addım qadağa tətbiq etmək olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Afrikada göründükdən sonra bir çox ölkəyə yayılan “omikron” ştammı Norveçdə tədbir səviyyəsini artırıb.

Norveç hökuməti bu günə qədər 1176 “omikron” hadisəsi qeydə alındıqdan sonra tədbirlər planını açıqlayıb. Buna uyğun olaraq, qarşıdan gələn bayram dövründə insanların restoran və bar kimi yüksək sosial təmas yaradan yerlərə getməsinin təhlükəli olduğunu açıqlayan Norveç hökuməti bu yerlərdə içki satışını və xidmətini dayandırdığını açıqlayıb.

Səbinə Hüseynli

Digər xəbərlər