İspaniyanın Tarraqona şəhərində təhlükəsizlik şirkətinə atəş açan şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə yerli Kataloniya hüquq-mühafizə orqanı Mossos de Escuadra Twitter-də məlumat yayıb.
Məlumatda qeyd olunur ki, çərşənbə axşamı təhlükəsizlik firmasının keçmiş işçisi olduğu güman edilən bir şəxs şirkətin Tarraqonadakı binalarına bir neçə dəfə atəş açıb. Üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti kritik, iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Daha sonra o, Çitroen Xsara avtomobili ilə qaçıb aradan çıxıb. Onun tutulması üçün əməliyyat elan edilib. Onu Reusda magistral yolda saxlamaq istəyərkən hüquq-mühafizə orqanının əməkdaşına xəsarət yetirib. Bundan sonra şübhəli şəxs Riudomsdakı tərk edilmiş evdə barrikada qurub.
Onun tutulması üçün keçirilən xüsusi əməliyyat zamanı həmin şəxs ağır yaralanıb. Vanguardia-nın məlumatına görə, o, atışma zamanı ayaqlarından yaralanıb və helikopterlə xəstəxanaya aparılıb.
Regional "Diari de Tarragona" nəşrinin məlumatına görə, həmin şəxs silah gəzdirmək üçün lisenziya alıb. O, 45 yaşındadır və Rumıniyadandır, Alcoverdə yaşayır, 15 il atıcılıq klubunda iştirak edib. Səlahiyyətlilər onun psixi pozğunluqdan əziyyət çəkə biləcəyini istisna etmirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...