PDF Oxu

Dünya

  • 1 617

Putinlə yenidən danışmaq istədiyini bildirib BAYDEN

Putinlə yenidən danışmaq istədiyini bildirib BAYDEN

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə yenidən danışmağı planlaşdırdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə deyib.

“Ətraflı şəkildə danışacağıq”, deyə Bayden bildirib.

Qeyd edək ki, dekabrın 7-də iki ölkə liderləri iki saata yaxın videobağlantı vasitəsilə danışıblar. Ağ Evin məlumatına görə, Bayden Rusiya ilə Ukrayna arasındakı gərginlikdən narahatlığını ifadə edib və gərginliyin artacağı təqdirdə Qərbin kollektiv reaksiyası barədə xəbərdarlıq edərək, diplomatik həllə çağırış edib.

Xatırladaq ki, Putin də öz növbəsində həmkarlarının diqqətini Kiyevin Minsk razılaşmalarını yerinə yetirmədiyinə, sabotaj etməsinə yönəldib. Bundan əlavə, Rusiya lideri qırmızı xətləri, NATO-nun şərqə doğru genişlənməsini və Ukrayna ərazisində və Rusiyaya bitişik ölkələrdə hücum silahlarının yerləşdirilməsini qeyd edib.

Digər xəbərlər