Türkiyənin Diyarbəkır bölgəsində 7 yaşlı uşaq kanalizasiya quyusunun qapağı açıq qaldığı üçün çuxura düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkirin Silvan ərazisində baş verib.
İddiaya görə, bələdiyyə işçiləri kanalizasiya quyusunun qapağını açıq qoyublar. Dünən məktəbə gedən 7 yaşlı Şüheda Bayıkcan çuxura düşüb. Balaca qızcığaz vətəndaşların köməkliyi ilə düşdüyü yerdən qaldırılıb. Vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə təcili tibbi yardım göndərilib. Şühedaya edilən müdaxilələr nəticəsində çənəsinə 14 tikiş atılıb.
Səbinə Hüseynli
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...