PDF Oxu

Dünya

  • 3 002

Almaniyaya məxsus hərbi gəmi Cənubi Çin dənizinə daxil olub

Almaniyaya məxsus hərbi gəmi Cənubi Çin dənizinə daxil olub

Almaniyaya məxsus hərbi gəmi təxminən 20 ildən sonra ilk dəfə Cənubi Çin dənizinə daxil olub.

SİA xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin rəsmisi Sinqapura yollanan "Bavariya" freqatının Cənubi Çin dənizindən tranzit keçdiyini bildirib.

Friqat 2002-ci ildən bəri bölgədən keçən ilk alman hərbi gəmisi kimi qeydə alınıb.

Avropanın xarici ticarətinin 40 faizi sözügedən bölgədə həyata keçirilir.

Berlindəki səlahiyyətlilər Almaniya donanmasının ümumi ticarət yoluna sadiq qalacağını bildiriblər.

Friqatın Tayvan boğazından keçməsinin gözlənilmədiyi açıqlanıb.