Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, yeni növ koronavirus (Covid-19) variantı "Omicron" bütün dünyada görünməmiş sürətlə yayılır.
SİA xəbər verir ki, koronavirusun "Omicron" ştamı indiyədək 77 ölkədə aşkar edilib
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
Baş direktor diqqətə çatdırıb ki, "Omicron" başqa variantlarda müşahidə etmədiyimiz sürətlə yayılır: “Səhiyyə sistemləri ştamın sürətlə yayılması ilə risk altındadır. "Omicron" variantı indiyədək təhlükə baxımından lazımınca qiymətləndirilməyib”.
Qebreyesus əlavə edib ki, "Omicron" ştamını təkcə koronavirusa qarşı peyvəndlə dayandırmaq olmaz: “Maska taxmaq, məsafə saxlamaq, binaları havalandırmaq və əl-üz gigiyenasına riayət etmək də daxil olmaqla sanitar tədbirlərə ciddi əməl etmək lazımdır. Aydın deməliyəm ki, yalınız peyvəndlər heç bir ölkəni bu böhrandan xilas etməyəcək”.
Ölkələr arasında "Covid-19" əleyhinə peyvəndlənmə nisbətində hələ də ciddi bərabərsizlik olduğunu qeyd edən Qebreyesus deyib:
"41 ölkə hələ də əhalisinin 10 faizinə vaksin vurdurmağı bacara, 98 ölkə isə 40 faizə çata bilməyib. Eyni ölkədəki əhali qrupları arasında da ciddi bərabərsizliklər var. Bərabərsizliyə son qoyulacağı təqdirdə "Covid-19" epidemiyasına son qoya bilərik".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...